Dayanacaqlarda ödəniş mexanizmi necə tənzimlənir? – ŞİKAYƏT(VİDEO)

15277260Simran Əliyev 3 saatlıq pulunu ödədiyi dayanacağa tərk edib yenidən qayıtdığı üçün ondan yenidən ödəniş tələb olunub.

Bu hal tək onun yox, bir çox sürücünün də başına gəlir. Əksər dayanacaqlara giriş etdikdən sonra vaxt bitməsə də çıxıb qayıtdığın halda yenidən ödəniş tələb olunur. Nəticədə də sürücülər əlavə xərcə düşürlər.

Əslində isə, bu hal Mülki Məcəllədə öz əksini tapıb.

Ekspert Ərşad Hüseynov deyir ki, əgər vətəndaş  ödədiyi məbləğdən az müddətdə dayanacaqdan istifadə edirsə, bu zaman duracaqdan istifadə etmədiyi müddətin haqqı ona geri qaytarılmalıdır.

Paytaxda fəaliyyət göstərən dayancaqlardan birindən “Xəzər Xəbər”ə bildirildi ki, dayancaqlarda şlaqbaum sistemi Avropa standartlarına uyğun qurulduğundan sonradan ora daxil olmaq əlavə problemlər yaradır.

“Xəzər Xəbər”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR