Donbasda silahlı missiya yerləşdirilməsinə razılıq verilib

img2098610Musavat.com “İnterfax Ukrayna” saytına istinadən bildirir ki, Poroşenko admisnistrasiyası Rusiyann da daxil olduğu “Normand dördlüyü”nün ATƏT-in polis missiyasına razılıq verdiyini bəyan edib.
Artıq Rusiya da bu barədə öz razılğını bildirib.
Ukrayna Prezident adminstrasiyasının rəhbər müavini Konstantin Yeliseyev bununla bağlı Normand dördlüyünə daxil olan ölkələrin Vyanada müzakirələrə başlayacağını söyləyib.
Onun sözlərinə görə, dördlüyə daxil olan dövlətlərlə aparılan telefon danışıqlarında məhz silahlı polis missiyasının bölgəyə yerləşdirilməsi barədə ümumi razılıq əldə olunub.
Qeyd edək ki, bu yenilik Rusiyanın öz mövqelərindən bir qədər geri çəkildiyini göstərir. Bu vaxta qədər rəsmi Moskva ATƏT-in sülh missiyasının Donbas bölgəsinə yerləşdirilməsi məsələsinə soyuq yanaşıb və bununla bağlı müzakirələr çox vaxt əngəllənib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR