Dörd ölkənin vətəndaşlarına Özbəkistana giriş qadağan olundu

146842_res_01Özbəkistan hökuməti Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistan vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkəyə daxil olmasını müvəqqəti məhdudlaşdırıb.

Virtualaz.org “AKİPress”ə istinadən bildirir ki, məlumatı Özbəkistanın Dövlət Sərhəd Xidməti verib.

Qadağa iyunun 15-dən 25-nə kimi qüvvədə olacaq. Bununla birgə, Oş vilayətinin Qara-Suuy rayonunun Barak eksklavının sakinləri üçün Qırğızıstan-Özbəkistan sərhədi əvvəlkitək şəffaf olacaq.

Qoyulmuş məhdudiyyətin səbəbləri açıqlanmır. Güman edilir ki, bu iyunun 23-24-də Daşkənddə keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədardır.

İyunun 16-dan etibarən Özbəkistanın öz əyalətlərinin sakinləri üçün də Daşkəndə giriş qadağan ediləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR