Dövlət Departamenti: Suriyada 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür

ad0dc9f82a759d70de8e282d9c007535Suriyadakı hərbi əməliyyatlarda terror qruplaşmalarının sıralarında 40 minədək əcnəbi silahlı döyüşür.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi Castin Sayberell bildirib.

“Suriyada, ümumilikdə, 100 ölkədən gəlmiş 40 minədək silahlı döyüşür”, – deyə Sayberell brifinqdə bildirib.

Onun sözlərinə görə, bu rəqəmlər ABŞ kəşfiyyatının təhlili nəticəsində müəyyən edilib.

Sayberell əlavə edib ki, ölkələrin səyləri nəticəsində əcnəbi silahlılar son zamanlar Suriya ərazisinə çətinliklə keçə bilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR