Dünyanın ən balaca boylu aktyoru vəfat edib

d89355b1-6243-4f0c-bad1-17c3e4500412_292Dünyanın ən balaca boylu aktyoru kimi tanınan Mixay Mesaroş vəfat edib

“Report” xəbər verir ki, “Mixu” ləqəbli aktyor 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Mesaroş 1939-cu ildə Macarıstanda anadan olub. O, uzun illər sirkdə çalışıb.

84 sm boyu olan aktyor “Alfa” serialında çəkildiyi yad planetdən gələn şəxs rolu ilə məşhurlaşıb. “Alfa” serialı 1986-cı ildən 1990-cı ilə qədər ABŞ-da çox məşhur olub. M.Mesaroş bu serialda yaratdığı obrazla tamaşaçıların sevimlisinə çevrilib. O, dünya şöhrətli müğənni Maykl Ceksonun yaxın dostlarından biri olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR