“Düşmən kimi yaşayırdılar, qızımı pis qələmə vermişdilər” – Oğlu qızını öldürən ana (VİDEO )

sq1“Düşmən kimi yaşayırdılar, qızımı pis qələmə vermişdilər” – Oğlu qızını öldürən ana (VİDEO – FOTO)

“İçkili olanda çox pis olur” 

Dəhşətli qətlin təfərrüatları üzə çıxdı. 

Qadın azyaşlı övladının gözü qarşısında qətlə yetirildi.

Samuxda baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

 Kəpəz TV (Region TV) xəbər verir ki, Samux rayonunda qətl hadisəsi baş verib. Sərxoş halda olan qardaş bacısının həyatına son qoyub. Bu dəhşətin bir tərəfidir. Digər tərəf isə hadisənin qadının azyaşlı övladının gözü qarşısında baş verməsidir. Qətlin qısqanclıq zəminində törədildiyi güman olunur.

 “Biz anamla yemək yeyirdik, dayım gəldi anamı vurdu, nə qədər itələdim qaçmadı”.

 Samux rayonunun Hacallı kəndində 32 yaşlı Cavad Həsənov bacısı 30 yaşlı Gülnarə Həsənovanı yaşadığı evdə öldürüb.

 Hadisə gördüyünüz bu otaqda baş verib. Qardaş bacısının boğazından bir neçə zərbə endirərək onu qətlə yetirib.

 Əraziyə rayon polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Anatomoya Birliyinə təqdim olunub. İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbiləri nəticəsində cinayəti törədən Cavad Həsənov saxlanaraq istintaqa təhvil verilib. Mərhumun anası Elnaz Həsənovanın sözlərinə görə, bacı ilə qardaş arasında münaqişə bir neçə aydır başlayıb. Hər dəfə övladlarını barışdırmağa çalışan ana bu dəfə əlacsız qalıb.

 Elnaz Həsənova mərhumun anası “Bunlar düşmən kimi yaşayırdılar. Düzdür arada bir danışırdılar, amma düşmən olaraq qalırdılar. Çünki bunu o qədər yoldan çıxarıb qızı pis qələmə veriblər”.

 Bəyaz Həsənova mərhumun xalası “Bu, içkili olub. Bu içkili olanda çox pis olur. Mən də indi eşidib gəlmişəm”.

 Bir neçə ay öncə həyat yoldaşından ayrılan Gülnarə Həsənova evdə övladı ilə birgə yaşayırmış. Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR