“Ehtiyatlı olmasam, məni də videoya çəkərlər” – Vaqif Əsədov

dyp_368768_3468767Bir neçə gün öncə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun xidməti avtomobillə yol hərəkəti qaydalarını pozması haqda xəbərlər geniş müzakirələrə səbəb olmuşdu.

DYP rəsmisinin xidməti avtomobilinin qaydaları pozduğunu əsk etdirən görüntü sosial şəbəkələrdə yayılmışdı. İddia olunur ki, V.Əsədov yol hərəkəti qaydalarını pozub, o, buna görə qanuni şəkildə cərimə ödəməlidir.

V.Əsədov isə iddiaları rədd edərək heç bir qayda pozuntusuna yol vermədiyini bildirmişdi.  Qeyd etmişdi ki, görüntülər yenidən araşdırılacaq, əgər onun təqsiri sübuta yetirilərsə, cərimə ödəyəcək. Qafqaznews.az bildirir ki, DYP rəmisi azvision.az-a açıqlama verərək məsələyə yenidən aydınlıq gətirib. O, sosial şəbəkələrdə yayılan fotoda qayda pozuntusuna yol verilmədiyini deyərək, buna görə cərimə ödəmədiyini bildirib. “Əgər orada qayda pozuntusu olsaydı, cəriməni ödəyərdim. Belə bir hal yoxdur. Ona görə də cərimələnmədim”.

V.Əsədov bir neçə il öncə şəxsi avtomobili ilə qaydaları pozduğunu və cərimə ödədiyini etiraf edib. “Sürət həddini saatda 20 kilometr aşmaqla qaydanı pozmuşdum və cərimə ödədim. Mən də digərləri kimi adi sürücüyəm, tələsə bilərəm, istəsəm, sürət həddini aşa bilərəm, xəta törədə bilərəm. İnzibati xətalardan heç kim sığortalanmayıb. Heç kim deyə bilməz ki, mən qaydaları pozmuram. Bilərəkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıq üzündən yol hərəkəti qaydalarının pozulması inzibati xətadır. İnzibati xəta törədən hər kəs məsuliyyətə cəlb olunmalıdır. Ehtiyatlı olmalıyıq. Tanınmış şəxs olduğum üçün şəxsi avtomobilimi idarə edən zaman diqqətli olmağa çalışıram. Çünki kimsə kənardan məni videoya çəkə bilər. Avtomobil idarə edəndə çalışıram ehtiyatlı olum”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR