Ermənilər atəşkəs rejimini 13 dəfə pozub

скачанные файлыErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari, Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR