Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilir

eac8f994807592b5bb8d0b7e50967b7bErmənistan paytaxtında Rusiya-Ermənistan birgə havahücumundan müdafiə sisteminin yaradılması ilə bağlı etiraz aksiyası keçirilir.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Ermənistan parlamentinin qarşısına toplaşıblar.  Aksiyada onlarla vətəndaş iştirak edir. İştirakçılar əllərində “Nə torpaq, nə də havaverəcəyik!”, “Biz Permyakovlar ordusuna deyil, erməni ordusuna etibar edirik!”, “Növbəti xəyanət!” kimi şüarlar olan plakatlar tutublar. Onlardan biri açıqlamasında bildirib ki, bu razılaşmanı imzalamaq o deməkdir ki, Ermənistan hədəfə çevrilir: “Bu, yanlışdər və xəyanətdir. Gələcəyimiz sakitcə Rusiyaya satılır. Razılaşmanı imzalamaqla, biz təkcə Azərbaycana deyil, bütün dünyaya müharibə elan edirik”.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar sessiyasında birgə hava hücumundan müdafiə sisteminin yaradılması müzakirə olunacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR