ESET: 19% uşağın sosial şəbəkədəki akkauntları sındırılıb

5f06b700192c8d13e4fa02413099ab21ESET antivirus şirkəti 19 faiz uşaqların sosial şəbəkədəki akkauntlarının sındırılması ilə bağlı sorğusunun nəticələrini təqdim edib.
İKT.lent.az-ın məlumatına görə, sorğuda iştirak edən valideynlərin 11 faizi bildirib ki, uşaqlar saxta akkauntlu istifadəçiləri dostluğuna əlavə edirlər. ESET-də hesab edirlər ki, saxta səhifələr nəinki onların sinif yoldaşlarının əyləncəsi, həmçinin qarətçilərin “iş aləti” ola bilər.
Respondentlərin daha 10 faizi pullu oyunlara və bahalı xidmətlərə abunə olduqları üçün öz pullarından olublar. Valideynlərin 6 faizi isə deyib ki, bəd niyyətli insanlar ziyanverici linklər göndəriblər.

Respondentlərin 3 faizi qeyd edib ki, onların övladları saxtakarlarla yazışmaya da giriblər. Daha 3 faiz isə onlara qarşı istifadə olunan təhqiramiz ifadə və sözləri kibercinayət adlandırıb.

Respondentlərin 29 faizinin mövqeyi isə belədir ki, onların övladları internetdə heç bir zaman problemlərlə üzləşməyiblər. ESET-in keçirdiyi sorğuda 1 200 valideyn iştirak edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR