”EURO 2016”-da günün əsas matçı: Portuqaliya – İslandiya

img1548575Fransada keçirilən futbol üzrə Avropa çempionatında 4-cü gün və gərgin 2 matç…

Matçları Azərbaycanın “CBC Sport”, İctimai Televiziya (İTV), Türkiyənin “TRT 1”, “LİG TV”, Rusiyanın “Futbol 1”, “Rossiya 1”, “Naş sport” telekanallarından izləmək mümkündür.
F qrupu – Portuqaliya, İslandiya, Avstriya, Macarıstan
Saat 20:00 – Avstriya – Macarıstan
Saat 23:00 – Portuqaliya – İslandiya
Statistika
Avstriyanın hazırlıq matçları
Avstriya – Albaniya: 2-1
Avstriya – Türkiyə: 1-2
Avstriya – Malta: 2-1
Avstriya – Niderland: 0-2
Macarıstanın hazırlıq matçları
İrlandiya – İsveçrə: 1-0
Macarıstan – Xorvatiya: 1-1
Macarıstan – Fil Dişi: 0-0
Almaniya – Macarıstan: 2-0
Avstriya milli komandası tarixində ikinci dəfə Avropa Futbol Çempionatı təcrübəsi yaşayacaq.
Öz evində mübarizə apardığı EURO 2008-də qrupdan çıxma müvəffəqiyyəti göstərə bilməyən “Qırmızı-ağlılar”, baş məşqçi Marsel Koller əmrində EURO 2016-da Macarıstan, İslandiya və Portuqaliya ilə qarşı-qarşıya gələcəyi F qrupundan çıxmağı hədəfləyib.
Seçmələrdə iştirak etdiyi G qrupunda 28 xal yığaraq Rusiya, İsveç, Çernoqoriya, Lixtenşteyn və Moldovanın geridə buraxan Avstriya, beləcə Fransaya bilet qazanıb.
İngiltərə liqasında “Leicester City” formasıyla yuxu kimi bir çempionluq yaşayan Kristian Fuksun kapitanlığını etdiyi Avstriya milli komandasının heyətində türk əsilli qapıçı Ramazan Özcan, “Bayern Münih”dən David Alaba və “Basel”də forma geyinən “Trabzonspor”un köhnə hücumçusu Marc Janko var.
Macarıstan – Tarixində 1964 İspaniya və 1972 Almaniya olmaq üzrə iki dəfə Avropa çempionatında iştirak edən  Macarıstan milli komandası, 3-cü dəfə bu turnirdə iştirak edəcək.
Ard-arda 10 Avropa çempionatına qatıla bilməyən macarlar, 44 illik həsrəti EURO 2016 ilə dindirəcək. Brend Storkun komandası F qrupunda Avstriya, İslandiya və Portuqaliya ilə mübarizə aparır.
Seçmələrdə Şimali İrlandiya, Rumıniya, Finlandiya, Farer adaları və Yunanıstan ilə mübarizə apardığı F qrupunu 16 xalla 3-sırada tamamlayan Macarıstan, play-off mərhələsində Norveçi aşaraq Fransaya bilet qazanıb.
“Bursaspor” forması geyən Balazs Dzsudzsakın kapitanlıq etdiyi Macarıstan milli komandasının heyətində mövsümü “Hannover 96″da keçirən Adam Szalai də var.
Portuqaliyanın hazırlıq matçları
Portuqaliya – Belçika: 2-1
Portuqaliya – Norveç: 3-0
İngiltərə – Portuqaliya: 1-0
Portuqaliya – Estoniya: 7-0
İslandiyanın hazırlıq matçları
Danimarka – İslandiya: 2-1
Yunanıstan – İslandiya: 2-3
Norveç – İslandiya: 3-2
İslandiya – Lixtenşteyn: 4-0
Aralarındakı matçlar
İslandiya – Portuqaliya: 1-3
Portuqaliya – İslandiya: 5-3
Portuqaliya – Toplamda 7, üst-üstə 6-cı dəfə Avropa çempionatı təcrübəsini yaşayacaq olan Portuqaliya milli komandası, EURO 2016-nın sahibi olmaq istəyir. Daha əvvəl 3 dəfə yarı finalda uduzan, 2004-cü ildə isə ev sahibliyi etdiyi turnirdə finala çıxan portuqaliyalılar, Fransada bu tilsimi qırmaq arzusundadır.
F qrupunda Avstriya, Macarıstan və İslandiya ilə mübarizə aparacaq olan Fernando Santosun şagirdləri, ilk etapda bu mərhələni problemsiz keçmək məcburiyyətindədir. Seçmələrdə Albaniya, Danimarka, Serbiya və Ermənistan ilə qarşılaşdığı I qrupunu 21 xalla ilk yerdə bitirən Portuqaliya, turnirə birbaşa iştirak etmək hüququ əldə edib.
Dünya ulduzu Kristiano Ronaldonun kapitanlıq lentini qoluna taxdığı Portuqaliya millisinin heyətində “Beşiktaş”dan Ricardo Quaresma, “Fenerbahçe”dən Luis Nani ilə Bruno Alves, “Real Madrid”dən Pepe, “Monaco”dan Joao Moutinyo kimi futbolçular var.
İslandiya – Son illərdə göstərdiyi çıxışla adından söz etdirən İslandiya millisi, tarixinin ilk böyük turnir təcrübəsini 2016-cı ilin Avropa futbol çempionatında yaşayacaq.
İslandların ilk məqsədi qrupdan çıxmaqdır. İlk sıranın Portuqaliya tərəfindən “bron edildiyini” düşünsək, ikinci yer üçün mübarizə qızğın olacaq.
Lars Lagerbak ilə Heimir Hallgrimsson kimi iki baş məşqçisi olan Şimali Avropa nümayəndəsi, seçmə mərhələsində Türkiyə, Çexiya, Hollandiya, Qazaxıstan və Latviyanın olduğu A qrupunu 20 xalla 2-ci sırada bitirən İslandiya, Fransaya bilet qazanıb.
Kapitanlığını Aron Qunnarssonun etdiyi İslandiya komandasının heyətində Premyer Liqada “Swansea City” forması geyən Gylfi Sigurdsson ilə, karierasında “Barcelona” və “Chelsea” kimi nəhəng klublarda oynamış 37 yaşlı hücumçu Eidur Gudjohnsen kimi adlar diqqət çəkir. Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR