“Euronews” telekanalı Azərbaycan çayından bəhs edib

publika.az14655808071465575593401814736_1000x669“Euronews” telekanalı “Açıqcalar” silsiləsinin növbəti buraxılışını Azərbaycan çayına həsr edib.

Buraxılışda Azərbaycanda çaya olan münasibətdən danışılıb. Tamaşaçılar çoxəsrlik tarixi olan bu içkinin dəmlənməsi və təqdim edilməsi ənənələri ilə tanış edilib.

Məlumat verilib ki, çay Azərbaycanın cənubunda yerləşən Lənkəranda becərilir. Subtropik və rütubətli iqlim çay bitkisinin becərilməsinə əlverişli şərait yaradır. Bu məhsul həm yerli istehlak, həm də ixrac üçün yetişdirilir.

Müəllif vurğulayır ki, ölkənin hər yerində ənənəvi çay evlərinə rast gəlmək mümkündür. Bu, “çay nədir, say nədir” el məsələni xatırladır. Azərbaycanlılar yerli çayın keyfiyyəti ilə fəxr edirlər. Onun bir çox üstünlükləri var. Azərbaycan çayının tərkibində xeyli sayda vitamin və minerallar mövcuddur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR