“Eyfel”in sahibi mebel biznesində hansı maxinasiyalara əl atır? – ARAŞDIRMA

Безымянный copyVilllalarını seriallara icarəyə verən İbrahim Mustafayev vergidən yayınırmı?

Bakı şəhərində müxtəlif zövqlərə uyğun mebellər təklif edən salonlar çoxdur. Seçim nə qədər çox olsa da, müştərilərin şikayətləri və narazılığı da o qədər çoxdur. Çün10294390_1221139047903295_3098432331312868228_nki əksər mebel salonlarında qiymətlər xeyli şişirdilmiş olur və bəzən yerli sexlərdə yığılan mebellər İtaliya, Rumıniya, Türkiyə, Yunanıstan kimi ölkələrin adı ilə baha qiymətə Azərbaycan vətəndaşlarına satılır. Belə salon və sexlərin sahibləri yalnız vətəndaşları yox, həm də dövləti aldatmağa çalışır. Onlar vergidən yayınaraq, külli miqdarda vəsaiti gizlədirlər.

Qafqaznews.az saytında bu cür işbazlarla bağlı dəfələrlə məlumat vermişik. Babək prospektində “Azpetrol” yanacaqdoldurma stansiyası ilə üzbəüz yerləşən “Eyfel qrup”un sahibi Mustafayev İbrahim Şəmsəddin oğlu ilə bağlı qafqaznews.az-da ötən il də bir sıra məlumatlar dərc olunmuşdu. Bu şəxs və onun biznes fəaliyyətinə nəzər salarkən, ilginc məqamlar diqqəti cəlb edir. Yeri gəlmişkən, onu da bildirək ki, İbrahim Mustafayev eyni zamanda Babək prospektin12233536_1651347775125093_1735091486_n1də “Monte Karlo” şadlıq sarayı ilə üzbəüz yerləşən “Qaya qrup”unun da sahibidir. Daxil olan məlumatdan bəlli olur ki, İbrahi
m Mustafayev Türkiyənin tanınmış mebel fabriklərinin istehsalı olan klassik yataq-qonaq dəstlərini Türkiyədə keçirilən mebel sərgisindən nümunə kimi alaraq, sonradan həmin nümunələrdən Türkiyədə sexlərdə mebel yığdırıb sərgidən alınan marka mebel adı ilə Bakıda “Eyfel qrup” və “Qaya qrup” da satdırır.

“Misal üçün, sərgidən “Zümrüd”, “Sapfir”, “Şahnaz”, “Saray” və digər modellərin nümunəsini alıb sonradan Türkiyədə iki qardaşların sexində maksimum 3 min dollara yığdıraraq, Bakıya gətirib öz şirkətlərində “Zümrüd” yataq dəstini 13 min manata təklif edir, sonra müştəri ilə razılaşıb 7 min manata satır. Qonaq dəstini də 13 min manata təklif edir və sonda 7 min manata razılaşır. “Saray” adlı yataq-qonaq dəstini 35 min manata təklif edir və 22 min manata razılaşır. “Şahnaz” adlı yataq-qonaq dəstini 26 min manata deyərək 16 min manata razılaşır”, – deyə məlumatda qeyd olunur.10942742_339964346198414_950046517066339928_nMəlumat verən mənbə bildirir ki, Mustafayevin şirkətlərində “Sapfir” adlı yataq-qonaq dəstini 22 min manata təklif etsə də, sonda 15 min manata razılaşırlar. İbrahim Mustafayev “Sədərək” bazarından 100 manat dəyərində lüstr, qab-qaşıq alaraq həmin malları öz şirkətlərinin markası adı ilə 3 min manata müştəriyə satır. Aldığımız digər məlumata görə İbrahim Mustafayev Türkiyənin Bursa şəhərində, İnəgöl rayonunda mebel işinə baxan biznesmenlərə bir milyondan çox borclu olduğu üçün həmin şəhərlərə gedə bilmir. Ancaq Bakı şəhərindəki müştərilərinin zövgünə uyğun olaraq evin dizaynını tamamlaması üçün sifarişlə yataq-qonaq mebellərinin üzlüklərini dəyişdirilməsi və boyanması işlərini Türkiyədə gördürəcəyi adı ilə müştərilərdən mebelin mövcud qiymətindən 3-5 min arasından artıq əlavə xərc kimi alaraq Bakıda yerli sexlərdə ucuz qiymətə hazırlatdırır.

Həmçinin, Qafqaznews.az-a daxil olan məlumata görə, Bezy-myanny-j-copy16qazandığı milyonlarla  İbrahim Mustafayev Bakı şəhərində bir çox bahalı villalar alıb. Bununla da kifayətlənməyən İbrahim Mustafayev həmin villaları Xəzər TV-də gedən “Ay Zaur” verlişinə, ATV-də “Bacanaqlar” verlişinə, Xəzər TV-də çəkilən teleseriallar üçün icarəyə verib. Görəsən bu villaları İbrahim Mustafayev icarəyə verəndə dövlətin vergisini ödəyirmi? Yəqin ki, aidiyyatı olan qurumlar bu məsələni araşdırdıqda, özləri hər şeyi anlayacaqlar. Araşdırmamız davam edir….

Sənan Məmmədli

Qafqaznews.az

10411050_310357319159117_8678887326543715552_n-1

12202247_1651347701791767_1573148902_n 12212118_1651347725125098_1064092941_n 12212559_1651347721791765_709109579_n
12226660_1651347731791764_1350899253_n 12231689_1651347728458431_279551370_n
12242058_1651347711791766_1430297268_n 12242314_1651347718458432_670752576_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR