“Facebook” Çin bazarına girməyə çalışır

45a1edd1be98d5e657773cb7ffccef69Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un rəhbərliyi Çin bazarına çıxmaqda maraqlıdır

İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən məlumatına görə, səhmdarların illik yığıncağında “Facebook” sosial şəbəkəsinin rəhbərliyi bildirib ki, Çindən olan istifadəçilər üçün çıxış təqdim etmək istəyirlər.

Ancaq hələlik şirkət rəhbərliyi Çinin senzurasını neçə keçəcəyini məlum deyil.

“Biz Çin bazarını öyrənirik. Görək, nə baş verir”, – deyə “Facebook” şirkətinin baş əməliyyat direktoru Şeril Sendberq bildirib.

O, həmçinin deyib ki, ötən həftə Çinə səfər edib, orada “Facebook” sosial şəbəkəsinin ölkəsindən kənarda öz xidmətlərinin reklamı üçün istifadə edən bir sıra vacib müştərilərlə görüşlər keçirib. Qeyd edilir ki, sosial şəbəkə hələlik Çində öz ofisinə malik deyil.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR