Fatih Terim 21 nəfəri məhkəməyə verdi…

88107Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkələrdə ailəsini təhqir edən 21 nəfəri məhkəmyə verib.
Moderator.az xəbər verir ki, buna görə də, Fatih Terim və ailəsi vəkilləri Rza Epözdəmirin vasitəsi ilə İstanbul məhkəməsinə şikayət ərizəsi təqdim edib. Onlar müraciətdə təhqir edən şəxslərin cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, İspaniya – Türkiyə (3:0) matçından sonra Fatih Terimin qızı – Buse Terimi bəzi azarkeşlər “instagram” və “twitter” sosial şəbəklərində ağır şəkildə söymüşdülər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR