Fatma Yolçiyeva mənimsədiyi obyektləri satışa çıxardı – TƏCİLİ (FOTO)

Безымянный copyİyunun 16-da Qafqaznews.az-da “Sələmçiləri ifşa edən Sudef Məcidova qarşı təzyiqlər başladı” başlıqlı yazı dərc olunmuşdu. Yazıda sələmçilər şəbəkəsinin rəhbəri Fatma Yolçiyevanın şikayəti əsasında onun sələm oyununa saldığı şəxslərdən biri- Sudef Məcidovun Nərimanov RPİ-yə çağırılmasından bəhs olunurdu. İyunun 17-də S.Məcidov təhqiqatçı Nadir Rzazadənin zəngi üzrə Nərimanov RPİ-də olub. Qafqaznews.az olaraq, S.Məcidovla əlaqə saxladıq. Məlum oldu ki, F.Yolçiyeva Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək13250497_993344894065086_660537489_n-2-1-1-1-1-3, Sudef Məcidovun onu və oğlunu “ölümlə hədələdiyini” yazıb. F.Yolçiyevanın ərizəsi 13342240_1000601153339460_519372_n-1-2isə Nərimanov RPİ-yə göndərilib. Sudef Məcidov bunun tamamilə böhtan olduğunu və sələmçiləri ölkə ictimaiyyətinə ifşa etdiyinə görə, ondan qisas alındığını bildirib. “Fatma Yolçiyeva mənim və başqa vətəndaşların əmlaklarını mənimsəyib, eyni zamanda bir neçə instansiyaya rüşvət verdiyini etiraf edib. Mən onun bu əməllərini ifşa edən materialları ictimailəşdirmişəm və müstəqil mətbuat nümayəndələri də mövzunu araşdırıb. Kiminsə şəxsi həyatına müdaxilə etməmişəm, heç kimi də təhdid etməmişəm”, – deyə S.Məcidov vurğulayıb. Eyni zamanda, Qafqaznews.az saytına məlumat daxil olub ki, F.Yolçiyeva son günlərdə haqqında gedən yazılardan narahat olaraq, sələm yolu ilə əldə etdiyi əmlakları təcili satışa çıxarıb. Hətta əldə etdiyimiz məlumata görə, F.Yolçiyeva ona yaxın alqı-satqı agentlərinə bildirib ki, təcili olaraq dəyər-dəyməzinə müştəri tapsınlar.IMG_1596

Vaxtilə Sudef Məcidova məxsus olan, lakin sonradan sələm yolu ilə Fatma Yolçiyeva tərəfindən mənimsənilən obyektin də (Hüseynabala Əliyev ,15 ünvanındakı 180 kvadratmerlik qeyri-yaşayış sahəsi) satışa çıxarıldığı, tez-tez müştərilərin gəlib-getdiyini də öyrənmişik. Hüquq mühafizə orqanlarına da, bu qadınla alqı-satqı marağında olan vətəndaşlara səslənirik ki, diqqətli olsunlar və başqalarından mənimsənilən obyektlərin əldən-ələ keçməsinə imkan verməsinlər.

IMG_1549-1-1-1-2Xatırlatma: Bu yaxınlarda Qafqaznews.az saytında Fatma Yolçiyeva adlı sələmçi qadın və onun qurduğu şəbəkə barədə silsilə yazılar dərc olunmuşdu. Sudef Məcidov və Nadir Zeynalovun şikayətləndiyi, sələmə pul verərək əmlaklarını mənimsəməkdə günahlandırdığı Fatma Yolçiyevanın iş mexanizmi ilə bağlı araşdırmalar zamanı şəxsən özünün etirafları olan videoları da təqdim etmişdik. İyunun 16-da isə redaksiyamızla əlaqə saxlayan zərərçəkmiş Sudef Məcidov bildirib ki, bu gün ona özünü Nərimanov RPİ-nin təhqiqatçısı Nadir Rzayev kimi təqdim edən şəxs zəng edib.S.Məcidovun sözlərinə görə, təhqiqatçı bildirib ki, Yolçiyeva Fatma Məhəmməd qızı onun barəsində polisə şikayət edib.İyunun 17-də saat 10: 00-da Məcidov Sudef Nərimanov RPİ-yə dəvət olunub. S.Məcidov qeyd edib ki, F.Yolçiyevanın onu şərləyərək həbs etdirməsi ehtimalından narahatdır. Biz özümüz araşdırma zamanı öyrəndik ki, sözügedən təhqiqatçı Nadir Rzayev yox, Nadir Rzazadədir. Onun Sudef Məcidovla telefon söhbətinin səs yazısına diqqət edərkən məlum oldu ki, Fatma Yolçiyeva Sudef Məcidovu “ölümlə təhdid etməkdə və sosial şəbəkələrdə videolarını yaymaqda” ittiham edir. Lakin təhqiqatçı bunu birbaş13348916_1000601160006126_1156832624_n-1-2a ittiham kimi səsləndirir: “Onu ölümlə hədələyirsiniz, bir də onun haqqında sosial şəbəkələrdə videolar yaymısınız. Aydın oldu?”.

Sudef Məcidov ondan məsələ ilə maraqlanıb-maraqlanmadığını soruşduqda isə Nadir Rzazadə qəti şəkildə “Sabah 10 tamamda gəlin” deyir. Sələmçilər tərəfindən növbəti böhtanla üzləşən Sudef Məcidov isə təəccüb edir ki, 2 aydır onun şikayətinə baxan yoxdur, amma Fatma Yolçiyevanın ərizəsi dərhal icraata götürülür?

Sənan Məmmədli

Qafqaznews.az

 

IMG_1602 IMG_1605 IMG_1608

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR