Fırıldağa məruz qalan qadın “Nikoilbank”ın əməkdaşlarını günahlandırır

1436860646_nikoil-bank-_160215İyunun 10-da Kafqaznews.az-da “Sumqayıtda sələmçilər övladı xəstə olan qadını aldatdılar” başlıqlı yazı dərc olunmuşdu.

Bu günlərdə bizə Sumqayıt sakini Elza Xələfova müraciət edib. E.Xələfovanın sözlərinə görə, o, mənzilini ələ keçirən cinayətkar qruplaşmanın qurbanı olub. “Mənim üç uşağım var. Ortancıl oğlumun ürəyi xəstədir. O, təcili əməliyyat olunmalı idi. Əməliyyat üçün bizdən böyük məbləğdə pul tələb olundu. Bunun üçün mənzilimi girov qoyub bankdan pul götürmək qərarına gəldim. Bu məqsədlə   Nikoil Bank”-ın Sumqayıtdakı filialına müraciət etdim.

Bankın Ruslan adlı əməkdaşı dedi ki, “Nikoil Bank” mənzil girov qoymaqla kredit vermir. “Amma mən sizi bir adamla tanış edərəm ki, sizə ipoteka krediti götürməyə kömək edə bilər”, – deyə Ruslan mənə bildirdi. O, məni Elman Əliyev adlı biriylə tanış etdi. Elman Əliyev dedi ki, ən yaxşısı, bir hərbçinin adına kredit götürməkdir, çünki banklar hərbçilərə ipoteka kreditini 2 faizə verirlər. O mənə söz verdi ki, hərbçini özü tapacaq, 50 min manat dəyərində bank krediti almağa nail olacaq. Buna görə isə, Elman Əliyev mənim 18 min dollar ona “otkat” verməli olduğumu dedi”.

Handler-2E.Xələfovanın sözlərinə görə, onun belə pulu yox idi və öz atası Süleyman Xələfova müraciət edib: “O isə mənə dedi ki, cəmi iki min manat pulu var. O zaman Elman Əliyev belə bir plan təklif etdi. Mən adam taparam ki, sizə ayda 10 faizlə 18 min manat sələmə pul verər. Bu pulları isə mən “şapka” kimi Elmana verməliydim. Elman da öz növbəsində Qafqaz İnkişaf Bankının Sumqayıtdakı filialınından 50 min manat kredit almağıma kömək edəcəkdi.  Sələmçiyə borcumu hesablamaqla, qalan məbləğ mənə qalmalı idi. Bu, riskli əməliyyat idi. Amma mənə təcili pul lazım idi və buna razılaşmağa məcbur idim”.O tezliklə sələmçi ilə də tanış olduğunu deyir:“Sələmə pul verən şəxs Rövşən Mahmudovdur.O, mənə 10 faizlə 18 min manat sələmə borc verməyə razılaşdı, amma bir şərtlə: “siz mənimlə evinizin alqı-satqısına dair yalançı müqavilə bağlayırsınız. Elman dedi ki, narahat olmayım. Qafqaz İnkişaf Bankından kredit alınan kimi, mənim mənzilim onun tapdığı hərbçinin adına keçiriləcək, o isə bizə etibarnamə verəcək. Mən razılaşmağa məcbur idim. 2015-ci il sentyabrın 15-də Rövşən Mahmudov evimizə baxmağa gəldi, sentyabrın 16-da isə alqı-satqı müqaviləsi bağlandı. Rövşən Mahmudov dostu Kənan Mustafayev və atam Süleyman Xələfovla notarial kontora getdi. O, atamın hesabına 40 min manat keçirdi. Atam pulu “Muğanbank”da hesabdan çıxarıb, ela bankın içindəcə hamısını Elmanaa verdi. Rövşən Mahmudov isə atama 18 min manat verdi və biz bu pulu Elmana verdik. Ondan başqa biz Elmana 3 min manat da verdik”.

66477Elza Xələfovanın sözlərinə görə, Elman Əliyev, Kənan Mustafayev və Rövşən Mahmudov onu aldadıb evini alıblar. «Heç bir kredit də ala bilmədim”, – deyə E.Xələfova Kavkaznews.az-a bildirib.

Elza Xələfovanın dələduzluqda günahlandırdığı Elman Əliyev Kavkaznews.az-a bildirib ki, onun bu hadisəylə heç bir əlaqəsi yoxdur.  Kənan Mustafayev bildirdi ki, o, bankda kredit alınması məsələsində iştirak etməyib. K.Mustafayevin sözlərinə görə, o, sadəcə Elza Xələfovanın mənzilini satın alıb.

Elza Xələfova Kənan Mustafayevlə telefon danışığının audioyazısını bizə təqdim etdi. Söhbət zamanı Kənan Mustafayev etiraf edir ki, Elman Əliyevlə birlikdə Elza Xələfovaya ipoteka krediti almağa kömək edir. Kənan Mustafayev səs yazısında Elza Xələfovanı sakitləşməyə və Elman Əliyevə inanmağa çağırır.“Əgər o sizi doğrudan aldatsaydı, mən özüm onu danlayardım. Bankda doğrudan da ipoteka krediti üçün xətt hələ açılmayıb”.  Söhbətin sonunda Kənan Mustafayev Elza Xələfovaya 10 faizlə 18 min manat sələmə pul verildiyini etiraf edir.

Bununla yanaşı, xatırladaq ki, Elza Xələfova onu Elman Əliyevlə tanış edən şəxsin “Nikoilbank”ın Sumqayıt filialında çalışan Ruslan adlı şəxs olduğunu deyib. Sözügedən bank filialından bizə bildirdilər ki, orda Ruslan adlı bircə şəxs işləyir. “Bu da, filialın direktoru Ruslan Talıbovdur”, – deyə bizə bildirdilər.

Ruslan Talıbovun özüylə də danışdıq. O bildirdi ki, Elza Xələfovanı tanımır. “Mən onu Elman Əliyevlə tanış etməmişəm”, – deyə R.Talıbov vurğulayıb. O, son iki ildə özündən başqa Ruslan adlı şəxsin “Nikoilbank”ın Sumqayıt filialında işləmədiyini qeyd edib.Həmçinin, Elza Xələfova ona Qafqaz İnkişaf Bankının əməkdaşı Anarın da dəfələrlə zəng etdiyini demişdi. Biz Anar adlı şəxsin mobil nömrəsinə zəng etdik. Telefona özünü Anarın qohumu kimi təqdim edən cavan bir şəxs cavab verdi.

“Bizə Anarın özü lazımdır”, dedikdə, həmin şəxs Anarın dava üstündə həbs olunduğunu bildirdi. Onun sözlərinə görə, Anarın Qafqaz İnkişaf Bankı ilə heç bir əlaqəsi yoxdur.

Mahmud Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR