Fırıldaqçı biznes ledi haqqında film çəkiləcək

publika.az1465579322cenRejissor Adam Makkey fırıldaqçı Elizabet Holms haqqında film çəkəcək.

Publika.az xəbər verir ki, A.Makkey filmin həm rejissoru, həm ssenaristi, həm də prodüseri kimi çıxış edəcək. Fırıldaqçı biznes ledini aktrisa Cennifer Lourens canlandıracaq

Elizabet Holms 2003-cü ildə təsis etdiyi “Theranos” şirkətinə milyardlarla dollar investisiya cəlb edərək qısa zaman ərzində gənc milyarderlər siyahısına düşüb. O, bu uğuru qazanmaq üçün hər kəsi inqilabi qan analizi texnologiyası yaratdığına, qan analizinin köməyilə xəstəlikləri müəyyən edə bildiyinə inandırıb.

2015-ci ildə onun şirkətinin dəyəri 9 milyard dollar, şəxsi sərvəti isə 4,5 milyard dollar təşkil edib. Ancaq Holms bir müddət sonra metodlarının effektiv olmadığını etiraf etməyə məcbur olub.

BEVERLY HILLS, CA - JANUARY 10:  Actress Jennifer Lawrence, winner of Best Performance in a Motion Picture - Musical or Comedy for 'Joy' attends FOX Golden Globe Awards Party 2016 sponsored by American Airlines at The Beverly Hilton Hotel on January 10, 2016 in Beverly Hills, California.  (Photo by Todd Williamson/Getty Images for FOX)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR