Formula 1 haqda maraqlı faktlar – 3 saniyəyə təkər dəyişmək

85441Formula 1 yarışlarında istifadə olunan bolidlər adi avtomobillərdən çox fərqlənir. Aşağıdakı maraqlı faktları nəzərdən keçirərək, iki versiya arasındakı fərqi görə bilərsiniz.
• F1 avtomobilini yığmaq üçün, təxminən, 80,000 hissədən istifadə olunur. Avtomobillər 100% dəqiqliklə yığılmalıdır. Əgər 0,01% qeyri-dəqiqlik varsa, yarış ərzində 80 hissə xətalı şəkildə çalışacaq.
• Formula 1 bolidlərinin mühərriklərinin ömrü tam gücü ilə çalışdıqda cəmi 2 saat təşkil edir. Bunu normal avtomobil mühərrikinin orta 20 illik ömrü ilə müqayisə etsək, çox böyük fərqi görmək mümkündür.
• Formula 1 sürücüsü əyləci sıxan zaman o qədər güclü təzyiq yaranır ki, bu normal avtomobilin 300 km/saat sürətlə divara çırpılması ilə müqayisə edilə bilər.
• Formula 1 avtomobilinin mühərrikinin oxu dəqiqədə 18000 dəfə fırlanır. Bu da o deməkdir ki, porşen saniyədə 300 dəfə aşağı-yuxarı hərəkət edir. Normal avtomobilin mühərriki dəqiqədə maksimum 6000 dəfə fırlanır.
• Formula 1 avtomobilinin tormoz diskləri, Selsi şkalası üzrə, təxminən 1000 dərəcə istiliyə qarşı dözümlüdür. Onlar karbon fibra materialından hazırlanıb və poladdan da dözümlüdür.
• Avtomobili tənzimləyən və nəzarətdə saxlayan 100 sensor və elektron cihazları birləşdirmək üçün cəmi uzunluğu 1 kilometri aşan kabeldən istifadə olunur.
• Avtomobil cəmi 4 saniyə ərzində 0-dan160 km-ə qədər sürət yığa bilir və əksinə sürəti160 km-dən 0 kilometrə azalda bilir.
• Formula1 bolidinin kütləsi təxminən 550 kq-dır.
• Mühərrikin dişləri yüksək dərəcəli temperaturdan formasını itirir və bu səbəbdən hər yarışmadan sonra dəyişilir.
• Mühərrikin qolları çarxın arxasında, muftanın qolları isə mühərrikin avarlarının altında yerləşir.
• Əksər yarış avtomobillərinin təkərləri nitrogenlə doldurulur. Normal hava ilə müqayisədə nitrogenin hava təzyiqinə dözümü daha yüksəkdir.
• Əgər normal avtomobil təkərləri 60.000 – 100 000 km ömrə malikdirsə, yarış avtomobillərinin təkərləri hər 90-120 km məsafədən sonra dəyişdirilir.
• Təkərlər yarış zamanı sürtülmədən kütləsini itirir. Orta hesabla F1 təkərləri hər 100 km məsafəyə 0.5 kq çəki itirirlər.
• Pit stop zamanı bolidin yanacaq çəninə 1 saniyədə 12 litr yanacaq doldurulur.
• Formula 1 texniki heyəti cəmi 3 saniyə ərzində təkərləri dəyişə və yanacaq çənini tam doldura bilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR