Formula 1 iştirakçıları Bakıda avtoqraf verməyə başladı

formula_1_avtoqrafBakı Şəhər Halqası Əməliyyat Şirkətindən Milli.Az-a bildiriblər ki, iyunun 16-sı saat 16:50-dən etibarən bütün F1 bilet sahibləri F1 Village-də avtoqraf sessiyalarının keçirilməsinə başlanılıb.

Sessiyalar iyunun 17-də saat 11:00-da, iyunun 18-də 12:20, iyunun 19-da isə 12:40-da keçiriləcək.

Bununla bağlı bilet sahiblərinin təyin edilən yerə göstərilən vaxtdan daha tez gəlməsi tövsiyə olunur.

Qeyd edək ki, F1 Village (F1 Şəhərciyin) harada yerləşdirilməsi xəritədə göstərilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR