Formula-1 komandasının rəhbəri: “Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm”

89924cd4-3ce1-451b-9d62-982583d9e3bc_292“Bakını bu fantastik yarış trası ilə təbrik etmək istəyirəm”.

“Report” xəbər verir ki, bu barədə “Torro Rosso” Formula-1 komandasının rəhbəri Frans Tost Bakıda keçirilən Avropa Qran-prisinin yekunlarını şərh edərkən bildirib.

“Bura gəlmək və hər şeyin necə qurulduğunu görmək əsl sürpriz idi. Bakı – çox gözəl şəhərdir, insanları da çox mehribandır, bizi dəstəkləyirdilər”, – o qeyd edib.

Komandanın rəhbəri, həmçinin təşkilatçılara və Formula-1 rəhbəri Berni Ekklstouna Bakının yarış təqviminə salındığına görə, minnətdarlığını bildirib.

Yarışın nəticələri haqqında danışaraq, F.Tost komandanın iki pilotunun trasdan çıxdıqları və nəticə göstərmədiklərinə görə, təəssüf etdiyini vurğulayıb.

77799cfb-1fde-481c-9db5-6c418e14527e

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR