Formula-1 üzrə ABŞ-ın “Haas” komandasının pilotları Bakı azarkeşlərinə müraciət ediblər

5c557385-0877-46e6-ba0e-da277ba17345_292Formula-1 üzrə ABŞ-ın “Haas” komandasının pilotları – Romen Qrojan (İsveçrə) və Esteban Qutyerres (Meksika) Bakıda keçiriləcək Avropa Qran-prisi ərəfəsində azarkeşlərə müraciət edib.

“Report” xəbər verir ki, komandanın fransız pilotu Bakıdakı yarışın startını səbirsizliklə gözlədiyini bildirib.

E.Qutyerres isə səbirsizliklə onların komandasına azarkeşlik edəcək fanatları görmək istədiyini vurğulayıb.

Eyni zamanda, pilotlar Formula-1 həvəskarlarını Azərbaycan dilində salamlayıb.

Xatırladaq ki, Bakıda Avropa Qran-prisi iyunun 17-19-da keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR