Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizliyi 90 min nəfər təmin edəcək

9934403feef33880ea832e72f82d421dFransa hüquq-mühafizə orqanları AVRO-2016-ya tam hazırdır.

APA-nın “Deutsche Welle”-yə istinadən verdiyi məlumata görə, bunu Fransa polisinin rəhbəri MişelKado bəyan edib.

Onun sözlərinə görə, turnirin keçirildiyi müddətdə ölkə ərazisində təhlükəsizliyi 90 min polis, hərbi qulluqçu və mühafizəçi təmin edəcək. Paytaxt Paris və ətraf bölgələrdə ictimai asayişi qorunmasına əlavə olaraq 1200 hərbçi cəlb ediləcək.

Gözlənildiyinə görə, Avropa çempionatı keçirildiyi müddətdə Fransaya 1,5 milyon futbol azarkeşi gələcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR