Fransada terrora qarşı qeyri-adi üsul

img2105855Fransa höküməti ölkədə keçiriləcək Avropa çempionatı öncəsi təhlükəsizlik tədbirlərini gücləndirib.
ANS-in məlumatına görə, fransızlar daha bir ciddi uğura imza atıblar.
Artıq stadionda, onun ətrafında və sıxlıq ərazidə olan azarkeşlər terror təhlükəsindən öncədən xəbərdar olacaq. Fransanın Daxili İşlər Nazirliyi terrorla bağlı xəbərdarlıq edən xüsusi proqram hazırlayıb.
Bu proqramı pulsuz şəkildə telefonuna yükləyəcək azarkeşlərə təhlükə anında xəbərdarlıq mesajı gələcək. SAİP adlı proqram iki dildə – ingilis və fransızca hazırlanıb.
Futbol üzrə 2016-cı il Avropa çempionatı Fransanın 10 şəhərində iyunun 10-dan iyulun 10-dək baş tutacaq. Cempionatın final turnirində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR