Əfsanəvi boksçunun 80 milyon dollarlıq mirasının aqibəti

meh-axli-231465235477Əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında dünyasını dəyişəndən sonra onun 80 milyon dollarlıq mirasının aqibəti hamını maraqlandırır.

Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, M.Əli xəstəxanaya yerləşdiriləndə onun övladları dünyanın müxtəlif yerlərindən atalarına baş çəkməyə gəldilər. Ailənin mətbuat katibi boksçunun bütün övladlarının bir-birinə dəstək olduqlarını və ataları üçün dua etdiklərini bildirdi. Onların bu birliyinin iyunun 10-da dəfn mərasimindən sonra davam edib-etməyəcəyi də maraq doğurur. Ortada olduqca böyük bir miras var.

M.Əlinin bu il ad günündə çəkilən fotoda boksçunun 8 uşağının atalarının yanında olduğu görünür.

Lakin boksçunun ikinci evlilikdən bir oğlu da var – 44 yaşlı Məhəmməd Əli (kiçik). Oğlu son iki ildə babası ilə görüşmədiyini və bunun üçün bütün cəhdlərinin nəticəsiz qaldığını bildirib. Onun 2004-cü ildən atasından yardım almadığı və Çikaqoda maddi sıxıntılar içində yaşadığı deyilir.
Kiçik M.Əli atası ilə münasibətlərinin pozulmasına əfsanəvi boksçunun həyat yoldaşı Luninin səbəb olduğunu və var-dövlətdən kənarlaşdırıldığını iddia edir.

Xatırladaq ki, 4 dəfə ailə həyatı quran M.Əlinin 7 qızı və biri övladlıq olmaqla iki oğlu var.
Qeyd edək ki, şənbə günü dünyasını dəyişən boksçunun nəşi anadan olduğu Luisvill şəhərinə (Kentukki ştatı) gətirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR