Gəlinlikləri korlayan şəxs mağaza sahibinin keçmiş şəriki ola bilər

149175_res_01Gəlinlik mağazasına daxil olaraq paltarları yararsız hala salan şəxsin kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılır. Hələ dəqiq müəyyən olunmasa da, həmin hadisənin mağaza sahibinin keçmiş şəriki tərəfindən təşkil edikməsi ehtimalı var.

Bu barədə virtualaz.org saytına Yasamal rayon 26-cı polis bölməsindən məlumat verilib.

Bölmədən onu da bildiriblər ki, digər bir ehtimal da var ki, bunu mağaza sahibinin qızı ilə düşmənçilik aparan şəxs törədə bilər.“Hələ ki həmin şəxsin kimiliyini müəyyən edə bilməmişik. Hazırda əlimizdə kamera qeydləri var. Kamera qeydləri əsasında bu iki ehtimal üzərində araşdırma aparılır”.

Qeyd edək ki, hadisə iyunun 27-si, təxminən səhər saat 11 radələrində baş verib. Paytaxtın Azadlıq prospektində yerləşən gəlinliklər satılan mağazaya gənc oğlan daxil olub. Həmin şəxs bir göz qırpımında gəlinliklərin üstünə qara məhlul töküb və qaçıb.

Təxminən 40-a yaxın gəlin paltarı istifadəyə yararsız vəziyyətə düşüb. Mağaza sahibinin sözlərinə görə, ona təxminən 120 min manatlıq ziyan dəyib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb. Ətrafdakı kameralar vasitəsilə hadisəni törədən şəxsin görüntüləri əldə edilib.

virtualaz.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR