“Google” Rusiyanın ən yaxşı əlavələrinin siyahısını açıqladı

e6a1fb1b1784bb03a37c75a91a57f305ABŞ-ın “Google” korporasiyası Rusiyadan olan “Android” əməliyyat sistemi üçün ən yaxşı əlavələrin siyahısını tərtib edib.

İKT.lent.az-ın “runews24.ru” saytına istinadən məlumatına görə, bu siyahıya bir neçə messencer və “Odnoklassniki”, “Telegram”, “VKontakte” və İCQ sosial şəbəkələri daxil edilib.

Bundan başqa, şəkil və video kontentin işləməsi və dərci ilə bağlı olan servislər də populyar sayılıblar. Bura kollajların yaradılması üçün xidmət olan “Photo Collada”, “VKontakte”nin yaratdığı “Snapster” və Belarus tərtibatçılarının tərtib etdikləri MSQRD servisi də daxildir.

Xatırladaq ki, ötən il “Google” korporasiyasının tərtib etdiyi ən yaxşı əlavələrin siyahısına 14 Rusiya servisi daxil edilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR