Gücsüz qalan Hacıbala Abutalıbov

thumb_20160609043745408Bakı meriyasının məmuru bizim jurnalistdən məsləhət istəyir

İyunun 11-də Bakı ŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bəyan etdi ki, çimərliklərə giriş birmənalı olaraq ödənişsizdir. “Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb.

“Şıx” çimərliyinin ödənişli olmasında isə məsələ dənizə girişdə deyil. Orda xüsusi xidmət sahələri – otellər, yeməkxanalar, istirahət mərkəzləri var ki, onların ərazisinə daxil olduqda, çimərlikdən istifadə pullu hesab olunur. Ancaq digər yerlərdə çimərlik ödənişsizdir və hər hansı ödənişin tələb olunması qanunsuzdur. Biz bu istiqamətdə maarifləndirmə tədbirləri aparırıq”. Ə. Abbasov xatırladıb ki, ölkə başçısı da Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı sərəncam imzalayıb: “Sərəhqdefault5-300x192-1-300x192-1ncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanlar cinayət məsuliyyətinə cəlb olunacaqları vurğulanır. Bu sərəncamdan irəli gələn məsələləri isə Bakı Şəhər İcra Hakimiyyəti yerinə yetirir” (APA). Bizi Əlabbas Bağırovun “Şıx” çimərliyi ilə bağlı sözləri təəccübləndirdi. Ona görə ki, Hacıbala Abutalıbovun “Bakı çimərliklərində əhalinin yay istirahətinin təşkili haqqında” Sərəncamda “Şıx” çimərliyinin ödənişli olması barədə qeyd yoxdur. Əlabbas Bağırovla əlaqə saxladıq.
“Mən heç də onu demirdim ki, otellərin ərazisinə giriş zamanı çimərliklər pulludur”, – deyə Ə.Bağırov kavkaznews.az.-a bildirib.

O qeyd edib ki, APA-ya müsahibəsində sadəcə xidmətlərin ödənişli olduğunu bildirib. “Çimərliklərdə çimmək isə ödənişsizdir”, – deyə mətbuat xidmətinin rəhbəri bildirib. “Əgər kimsə Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamına əməl etmirsə, deməli, qanunu pozur. Biz bu bu şəxslər barəsində tədbirlər görürük”, – deyə Ə.Bağırov əlavə edib. “Hansı tədbirlər görürsünüz?” deyə soruşduq. Ə.Bağırov kavkaznews.az-a belə cavab verdi:”Biz onlara deyirik ki, belə etməsinlər.

“Qaynar xətt”imiz var, vətəndaşlar çimərliklərdə ödənişli xidmət haqda məlumat verə bilər. Biz qanunu pozanlara bildiriş göndərir, maarifləndirir və cərimə edirik”.

“Siz onları cərimələyskachanny-e-fajly-1-414-1əcəksiniz, amma onlar yenə də çimərliyə görə pul istəyəcəklər. “Amburan” və “Aysber” istirahət mərkəzlərinin əməkdaşları bizə bildirib ki, onların ərazisində çimərlik ödənişlidir”, – deyə xatırlatdıq.

“Çox zaman gördüyümüz tədbirlər səmərəli olmur”, – deyə Əlabbas Bağırov etiraf etdi.

“Bəs öz vəzifəsinin öhdəsindən gələ bilməyən icra hakimiyyəti nəyə lazımdır?” – deyə soruşduq.

“Axı biz nə edə bilərik?” – deyə meriya təmsilçisi suala sualla cavab verdi. Qeyd edək ki, H.Abutalıbovun sözügedən sərəncamı iyunun 9-da açıqlanıb. Eyyub Hüseynov kavkaznews.az-a bildirdi ki, Bakı merinin bu sərəncamının yerinə yetirilməyəcəyinə əmindir. Biz E.Hüseynovdan xahiş etdik ki, Əlabbas Bağırovun sözlərini şərh etsin.

“Bu açıqlama onu sübut edir ki, Azərbaycanda 10 milyon insanın maraqları bir qrup oliqarxın maraqlarına tabedir. Bu, ədalətsizlikdir və buna son vermək lazımdır”, – deyə AİB sədri vurğuladı. O qeyd etdi ki, oliqarxlar əhalini soymaq üçün bütün imkanlardan istifadə edirlər.45153-1

“Dövlət qurumları isə istehlakçıların hüquqlarının pozulmasına heç cür reaksiya vermirlər”, – deyə E.Hüseynov əlavə etdi. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bu fikirdədir: “Əgər Hacıbala Abutalıbov gücsüzdürsə və bu özbaşınalıqla bacarmırsa, vəzifəsindən istefa versin”. M.Qəhrəmanlı bildirib ki, bütün çimərliklər ödənişlidir. “Və qanunu pozanlarla bağlı mübarizə aparılmasıyla bağlı nağıllar danışmaq lazım deyil”, – deyə hüquq müdafiəçisi əlavə etdi.

Mahmud Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR