Günün qoroskopu: emosional fon fərqlidir

qoroskop_045Qoç – işgüzar səfərlər yaxşı nəticə verəcək: yeni tərəfdaşlar tapa, fəaliyyətinizi genişləndirə biləcəksiniz. Bir çox Şirlər yeni məkanda daha çox imkanlar qazanacaqlarını anlayaraq köçmək barədə fikirləşəcəklər. Yeni layihələrə yalnız ciddi planlaşdırmadan sonra başlamaq olar, odur ki, hələ tələsməyin.

Buğa – bu gün qaşqabaqlısınız. Çətinlikləri aradan qaldırmalı, maneələri aşmalı, düşmənlərinizlə savaşmalısınız. Başqa cür desək, gününüz maraqlı olacaq. Ancaq fəaliyyətinizin nəticəsi çəkdiyiniz zəhmətin heç onda biri qədər qarşılığı deyil. Bir çox Buğalar bu səbəbdən məyus olacaqlar.

Əkizlər – qeyri-formal şəraitdə ünsiyyət, dostlarla görüş üçün yaxşı gündür. Bu gün ən xətrədəyən sözləri elə ehmalca deyirsiniz ki, ətrafınızdakıların sizdən küsmək heç ağıllarına da gəlmir. Pül gözləyirsiniz, amma gecikir. Narahat olmayın, maliyyə vəziyyətiniz elə də pis deyil.

Xərçəng – əgər bu gün eyhtiyatlı və diqqətli olsanız, həftənin sonunadək bir çox narahatlıqdan canınızı qurtara bilərsiniz. Elə səhvləriniz ola bilər ki, onları düzəltmək üçün çox vaxt və əsəb sərf etməli olarsınız. Günün ən yaxşı cəhəti odur ki, sizə kömək edə biləcək insanlarla mübahisə etmir, əməkdaşlar və rəhbərliklə yaxşı münasibətlərinizi qoruyub saxlayırsınız.

Şir – emosional fon gərgindir: əsəbi çılğınlıq həddindəsiniz. Bir qədər sakit olmağa çalışın, sakitliyə çəkilmək imkanı varsa, həmən yararlanın, dincəlin.

Qız – işgüzarlığınız parlaqdır, ancaq şəxsi keyfiyyətləriniz də kölgədə qalmır. Bu gün diqqət mərkəzində olmaq üçün dəridən-qabıqdan çıxmaq lazım gəlməyəcək.

Tərəzi – çoxdan hazırladığınız layihəni gerçəkləşdirməklə yanaşı, bu gün yeni birini də başlayacaqsınız. Bunlar sizin ambisiyalarınıza tamamilə uyğun gəlir və karyerada irəliləməyinizə, gəlirlərinizi artırmağınıza rəvac verir.

Əqrəb – əgər yaxınlarınızın ritmilə uyğunlaşmasanız, ailə daxilində münaqişələrdən qaça bilməyəcəksiniz. Müzakirə və mübahisələrdən qaçın: çox tez əsəbləşir və düşünmək qabiliyyətini itirirsiniz.

Oxatan – işlərinizdə sizi uğur gözləyir. Qeyri-standart yanaşma, yeni baxış tələb edən işlərdə çox irəli gedəcəksiniz. İş tərəfdaşlarınız və rəhbərliklə razılığa gələ, əməkdaşlığı yeni bir səviyyəyə qaldıra bilərsiniz. Ancaq imkanlarınızı düzgün hesablayın.

Oğlaq – Sizinlə əməkdaşlıqda maraqlı olan bir şəxsin yardım təklifini qəbul etsəniz, həyatınızı xeyli asanlaşdırarsınız. Digər günlərdən fərqli olaraq bu gün daha təmkinli, soyuqqanlı və sakitsiniz. Bu isə ailədaxili münaqişələri dəf etməyə, sevdiyiniz şəxslə daha mülayim davranmağınıza kömək edir.

Dolça – günün əsas problemi emosional fonun gərgin olmasıdır. Tez inciyirsiniz, sizinlə dil tapmaq çətindir. Hətta çox mehriban bir adam təsadüfən sizin kefinizə soğan doğrayacaq. Yazıq onun halına: sizin kəskin və coşğun reaksiyanız hətta özünüzü də təəccübləndirəcək.

Balıqlar – mənəvi tarazlığınızı bərpa etmək üçün müxtəlif məşğuliyyətlərlə başınızı qatmağa çalışın: tikişdən tutmuş idmanadək hər bir iş karınıza gələr. Sizi yoran işləri başqalarına həvalə etməyə çalışın.
Milli.Az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR