Həkimlərin maaşı xəstələrin sayına görə dəyişəcək

1465560117_93885175XəzərXəbər xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev AzTV-də “Günün nəbzi” verilişində deyib. O qeyd edib ki, icbari tibbi sığorta tətbiq olunduqdan sonra tibb müəssisələri qəbul etdikləri xəstə sayına, müayinə, müalicə və əməliyyat sayına görə maliyyələşəcək.
“Tibb müəssisələrinin xəstələrinin sayı çox olsa, maliyyələşmə də yüksək olacaq. Maliyyələşmə mexanizmlərinə görə, xəstəxanaya gələn gəlirin müəyyən bir hissəsi məhz həkimlərin, orta tibb işçilərinin əmək haqqına yönləndiriməlidir”.
Agentlik direktoru vurğulayıb ki, dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq lazımdır: “Dünya ölkələrinin təcrübəsindən məlumdur ki, icbari tibbi sığortanın tətbiqinin əsas məqsədlərindən biri şəffaflıq və rəqabətdir. Xüsusilə dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq lazımdır. Çünki hazırda özəl xəstəxanalar arasında rəqabət mühiti müşahidə edilir. Ona görə də, Agentlik layihəyə hazırlıq mərhələsində dövlət xəstəxanalarında idarəçiliyin dəyişdirilməsi və eyni zamanda, xəstəxanaların rəqabət mühitində fəaliyyətinin uğurla təmin olunmasına çalışacaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR