“Həyasız, üzəduran, yalançı” – Flora Kərimovadan Teymur Əmraha-VİDEO

flora“Sənin ayıblarını açsam, millətin qarşısında üzün qara olar”

“Hər cəhətdən heç kimsən”

“Cılız bir adam gör kimin adından danışır”

“Teymur, əl çək məndən, elə etmə ki, mən səndən əl çəkməyim”

“Varlığım ona çörəkpulu gətirir”

“Nə qədər dizüstə sürünmək olar?”

Xalq artisti Flora Kərimova Alternativ TV-də (Region TV) yayımlanan “Şou məkan” verilişində sərt açıqlamaları ilə yadda qalıb.

Xalq artisti aralarında qalmaqal yaşanan əməkdar artist Teymur Əmraha inanılmaz sözlər ünvanlayıb: “Məni musiqi tarixindən silməyə çalışır. Ürəyi soyumur, özümdən əl çəkib, indi də səsimə ilişir. Sən insanları nə qədər öyrətsən də, nə qədər “Youtube”a yazıb, mənim ifalarımı qadağan etdirmək istəsən də, uduzacaqsan. Mənə, səsimə uduzduğunu boynuna alacaqsan. Teymur, sən mənim yanımda heç kimsən. “Flora Kərimovanı efirdən yığışdırın, “Youtube”dan yığışdırın” deyə aləmə car çəksən də, hər dəfə də kimsizliyinin altından qol çəkəcəksən. Sənin mənim haqqımda söz deməyə ixtiyarın yoxdur. Hər cəhətdən heç kimsən. Elə etmə ki, sənin bütün ayıblarını açım, millətin qarşısında üzün qara olsun”.
Flora Kərimova Teymur Əmrahın iddialarına da cavab verib: “Guya Rəşid Behbudov zəng eləyib deyib ki, “Ey vətən” mahnısını Flora oxuya bilmir, ver mən oxuyum. Gör kimin adından kim danışır. Cılız bir adam danışır. Bu boyda yalan, bu boyda həyasızlıq olar? Bu boyda üzəduranlıq olar? Onun boğazından keçməyən varlığım ona çörəkpulu gətirir.

Xalq artisti Teymur Əmraha səslənib: “Nə qədər dizüstə yaşayıb, yalvarmaq olar ki, mənə ev alın, ad verin. Nə qədər düzüstə sürünmək olar? Mənim səsim səni sevdirdi, əgər sevdirdisə. Mənim mahnılarım səni qəbul etdirdi, əgər qəbul olunursansa. Sən savadlı oxuyursan, çünki məni təqlid edirsən. Əl çək məndən, Teymur! Elə etmə ki, mən səndən əl çəkməyim”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR