Hakerlər “Google” korporasiyasının baş direktorunun akkauntunu ələ keçirib

0885546d8508163fd30e311e71c904ee“OurMine” haker qrupunun üzvləri “Google” korporasiyasının baş direktoru Sundar Piçayın populyar sual-cavab xidməti olan “Quora”dakı akkauntunu ələ keçirib.

“APA-Economics” “TheNextWeb” nəşrinə istinadən xəbər verir ki, hakerlər “Quora” üzərindən S. Piçayın “Twitter” sosial şəbəkəsindəki hesabında bir neçə sual dərc edə bilib. Hazırda bütün paylaşımlar silinib.”OurMine” üzvləri isə bildiriblər ki, onlar yalnız akkauntların təhlükəsizliyini sınaqdan keçirir və mövcud şifrləri heç vaxt dəyişmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR