Hakerlər Zukerberqin parolunu açıqladılar

7444020877b90435358e048f6d025bfcMark Zukerberqin sosial şəbəkələrdəki hesablarını “sındırmağa” görə məsuliyyəti üzərində götürən “Ourmine” haker qrupu “Facebook”un qurucusu və rəhbərinin hansı paroldan istifadə etdiyini açıqlayıb.

İKT.lent.az-ın “Mashable” portalına istinadən verdiyi məlumata görə, Zukerberqin “Instagram”, “Twitter”, “Linkedin” və “Pinterest” sosial şəbəkələrindəki parolu “dadada” imiş. Əgər bu, doğrudursa, onda belə məlum olur ki, M. Zukerberq hətta 2012-ci ilin standartları ilə çox zəif parol seçibmiş.

M. Zukerberqin başına gələn hadisə göstərir ki, zəif parol, eyni paroldan bir neçə saytda istifadə etmək və onu uzun illər ərzində dəyişməmək səhifələrin asanlıqla “sındırılmasına” şərait yaradır.

“Facebook” hələlik məsələni şərh etməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR