Əhalinin sayı 10 milyon nəfərə yaxınlaşır

əhaliHazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin (DSK) yaydığı hesabatda bildirilib.

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 33,6 min nəfər və ya 0,3% artaraq 9 milyon 739,2 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.

Ölkə əhalisinin 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR