Hillari Klinton prezidentliyə rəsmi namizəd olmaq üçün yetərli səs toplayıb

498bfed12fa849afae45b8f33c3be541Hillari Klinton Demokrat partiyasından prezidentliyə namizəd olmaq üçün yetərli səs toplayıb

APA-nın “Associated Press”-ə istinadən verdiyi məlumata görə,  sabiq dövlət katibi 2383 partiya nümayəndəsinin səsini qazana bilib.

Demokrat partiyasından olan digər namizəd Berni Sandersi 1567 nümayəndə dəstəkləyib. Beləliklə, iyulun  26-28-də Filadelfiyada keçiriləcək qurultayda Hillari Klintonun namizədliyi Demokrat partiyası tərəfindən rəsmən irəli sürüləcək.

Xatırladaq ki, noyabrda keçiriləcək prezident seçkilərində partiyanın rəsmi təmsilçisi olmaq üçün demokrat namizəd partiya nümayəndələrinin 2383 səsini qazanmalı idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR