İbrahim Mehdiyevdən Prezidentə gedən şikayətləri kim “ört-bastır” edir?

Ibrahim MehdiyevYoxsa, Xətai rayonundan gələn şikayətləri də “Sovetski”dən göndərilən “demaqogiya dolu şikayətlərdən biri” kimi qələmə verirlər?!

“Sovetski elə bir yerdir ki, orada xırda bir şeydən böyük bir hadisə yarana bilər”. Bu “aforizm” Yasamalın RİH başçısı İbrahim Mehdiyevə aiddir. Ölkə mətbuatına müsahibələrində “Sovetski”sakinlərini az qala demaqoqluqda və pulgirlikdə ittiham edən, özünü isə “dövlət vəsaitinə qənaət edən” numunəvi icra başçısı kimi qələmə verən İbrahim Mehdiyevdən şikayətlər bitmək-səngimək bilmir. Amma nədənsə, Yasamalın icra başçısı bütün vəziyyətlərdən “xəsarətsiz” çıxır. Bu, nə qədər sirli olsa da, bir gün bütün həqiqətlər öz sözünü deyəcək.

Oxucular mayın 24-də Qafqaznews.az saytında dərc olunan “Yasamal RİH göz yaşlarına inanmır” başlıqlı yazıya da nəzər salsalar görərlər ki, Mirzağa Əliyev küçəsi, dalan 4, ev 3 ünvanında yaşayan Kəmalə Şəfiyevanın mənzili Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən əmlak sahibi ilə razılaşmadan, kompensasiya ödəmədən sökülüb. Qəribədir, axı vətəndaş ona veriləcək məbləği almalı, alqı-satqı müqaviləsi imzalamalı idi, sonra isə o pulu götürərək, normal şəkildə yeni aldığı mənzilə daşınmalı idi.

Amma RİH nümayəndələri qadının evi boşalmamış, əşyaları daşınmamış əraziyə buldozer gətirib, söküntüyə başlayıblar. Bəlkə, İbrahim Mehdiyev “Şərəf” ordeni aldıqdan sonra elə zənn edir ki, daha ondan kim şikayət və narazılıq etsə də, heç bir əhəmiyyəti olmayacaq? İbrahim Mehdiyev əvvəl RİH başçısı olduğu Xətai rayonuскачанные файлыnda, S.Vəzirov 11 ünvanındakı şəhərcikdə yaşamaqdadır. Maraqlıdır ki, “Sovetski” sakinlərinin gününü qara edən İbrahim Mehdiyevə münasibət yaşadığı ərazidə də birmənalı deyil.

İyunun 23-də Legion.az– “Yasamalın icra başçısı DYP-dən güclü çıxdı?” başlıqlı yazıda da qeyd olunmuşdu ki, bu günlərdə Xətai rayonu Süleyman Vəzirov 11 ünvanında yaşayan sakinlərdən Legion.az-a şikayət daxil olub: “Belə ki, həmin ərazidə yaşayan Yasamal RİH başçısı İbrahim Mehdiyevi gəzdirən “90-AA-821” dövlət nişanlı avtomobil özünün əcaib səsli siqnalı ilə ətrafdakıları narahat edir. “Fi-fa” deyilən bu siqnalın ölkədə qadağan olunduğunu bildiyimizə görə, ilk başdan inanmaq istəmədik. Lakin redaksiyamıza bunu sübut edən videoyazı təqdim olunub və tezliklə ictimaiyyətə yayımlamağa hazırıq”. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Legion.az-a bildirdi ki, sözügedən siqnalda istifadə qadağandır. Onun sözlərinə görə, operativ xidmət avtomobillərində, eləcə də ali dövlət qurumlarının avtomobillərində müvafiq icazə əsasında yüksək səsli siqnallar qoyula bilər”.

Biz konkret olaraq İbrahim Mehdiyevin adını çəkərək, Kamran Əliyevdən bu şəxsə ic71398azənin olub-olmadığını öyrənib bizə bildirməyi xahiş etdik. “Mən sizə bu barədə heç nə deyə bilmərəm. Bizdə elə məlumat olmur. Siz DİN-dən soruşun. Onlar da sizə deməzlər. Ancaq deyə bilərlər ki, icazə hansı nəqliyyat vasitələrinə verilir”, – deyə Kamran Əliyev bildirdi.

“DİN-də hansı qurum baxır bu işə? Baş DYPİ-nin səlahiyyətlərinə daxil deyil?” – deyə soruşduq. “Hansı idarə baxır, deyə bilmərəm. Onlar müraciət edir DİN-ə, müraciətə baxıldıqdan sonra hansı idarəyə lazımdırsa, ora da göndərilir. Siz DİN-ə zəng edib dəqiqləşdirin”, – deyə DYP rəsmisi cavab verdi”.

Eyni zamanda xatırladaq ki, bu ilin fevral ayında elə bu ünvanda yerləşən “KAT” MTK şəIMG_1076-1-1-1hərciyində İbrahim Mehdiyevin qonşusu Sevinc Hacıyevaya məxsus avtomobillərə texniki xidmət məntəqəsi (“moyka”) Xətai RİH-in işçiləri tərəfindən sökülüb. 2016-cı ilin fevral-mart aylarında Qafqaznews.azKavkaznews.az saytlarında sahibkar xanım Sevinc Hacıyevanın mülkiyyət hüquqlarının pozulması ilə bağlı bir neçə yazı dərc edilmişdi. Fevralın 11-də Xətai RİH nümayəndələri tərəfindən “KAT” MTK ərazisində avtomobillərə xidmət məntəqəsinin sökülməsi barədə Kavkaznews.az xəbər vermiş, bu məsələ ilə bağlı müxtəlif şəxslərdən açıqlama alaraq, dəfələrlə dərc etmişdi.

Bununla yanaşı, xatırladaq ki, bu müəssisə Xətai RİH-in 9 mart 2005-ci il tarixli sərəncamına əsasən tikilib. 2015-ci il iyulun 13-dMoyka1-3-1ə Xətai Rayon Məhkəməsi S.Hacıyevanın bu obyekti inşa etmək hüququnu tanıyıb. Maraqlıdır ki, obyektin sökülməsinə dair heç bir qərar da olmayıb. Legion.az saytının əməkdaşları araşdırma zamanı öyrənib ki, bu barədə Xətai RİH icra başçısının bir qərarı olmasa da, sabiq başçı İbrahim Mehdiyevə yaxın olan bir sıra rayon məmurları bu obyektin sökülməsində canfəşanlıq göstəriblər. Sakinlərlə söhbət zamanı da əldə etdiyimiz məlumata görə, şəhərcikdəki “moyka”nın sökülməsiBezy-myanny-j-copy-28-1-1-2ndə bir neçə sakinin də məhz “moyka”ya qarşı qaldırılmasında “görünməz qüvvə” rolunu İbrahim Mehdiyev oynayıb. Xətai RİH-də İbrahim Mehdiyevə yaxın olan məmurlardan biri kimi, Yerli özünüidarəetmə orqanları və ərazilərin idarəsi şöbəsinin müdiri Zaməddin Əkbərovun adı hallanır. Belə ki, məhz İbrahim Mehdiyevin vaxtında Xətai RİH-də yüks
əlməyə başlayan Z.Əkbərovun indi də “sabiq rəhbər”indən bəzi sifarişlər aldığı deyilir. Xatırladaq ki, Xətai RİH-in “sözəbaxan” məmurları və bu prosesdə “görünməz qüvvə” rolunu oynamış İbrahim Mehdiyev tərəfindən sahibkarlıq hüquqları pozulan Sevinc Hacıyeva dövlət başçısı İlham Əliyevə və respublikanın birinci xanımı Mehriban Əliyevaya da müraciət etmişdi.

Fevralın 19-da Qafqaznews.az saytında dərc olunan “Sahibkar xanım prezidentə müraciət etdi: “Bu işin arxasında İbrahim Mehdiyev durur”” başlıqlı yazıda da bu haqda məlumat verilib: “On beş gün əvvəl bu obyekt tikiləndə İbrahim Mehdiyev gəlib soruşmuşdu, ona demişdilər ki, məhkəmə qərarı var. O isə “baxarıq” deyərək getmişdi. İbrahim Mehdiyevin hələ fəaliyyətə başlamayan obyekti sökdürməkdə əsas səbəb kimi “səs-küy olmasını” göstərdiyi deyilir.moyka8-1-1

Möhtərəm İlham Əliyev Cənabları! Maraqlıdır ki, İbrahim Mehdiyev rəhbərlik etdiyi Yasamal rayonunda binalara bitişik olan avtoyuyucuları və müxtəlif obyektləri görmür, lakin Xətai rayonunda – yaşadığı şəhərcikdə hələ açılmayan avtoyuyucu ona 150-160 metr məsafədən (arada bir bina da olduğu halda) maneəçilik yaradır. Üstəlik, bu avtoyuma məntəqəsinin tikilməsinə icazəni özü 2005-ci ildə verib, 2010-cu ildə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən təsdiq olunuIMG_1086b. Əlimizdə məhkəmə qərarı da olduğu və həmin məhkəmə qərarında bizə bu tikinti üçün şərait yaradılması tələb olunduğu halda, Xətai İH-in əməkdaşları heç bir sənəd göstərmədən bizim obyektimizi söküb, avadanlıqları da müsadirə ediblər”. Bu günlərdə Legion.az saytına müraciət edən Sevinc Hacıyeva bildirib ki, şikayət məktublarının göndərilməsindən artıq 4 ay keçsə də, məktubun alınması və araşdırılması barədə hmoyka9ələ heç bir məlumat almayıb. Sahibkar xanım təəccüblənir ki, necə olur, bu şikayətlər “itirilir” və ya ölkə rəhbərliyinə çatdırılmır?
Bəlkə, Prezident Administrasiyasında kimlərsə İbrahim Mehdiyevi himayə edir və ondan gələn şikayətləri “ört-bastır” edir? Yoxsa, Xətai rayonundan gələn şikayətləri də “Sovetski”dən göndərilən “demaqogiya dolu şikayətlərdən biri” kimi qələmə verirlər?! Ya da ki, şikayət məktubu Xətai RİH-ə yönəldilir və məsələ elə ordaca unudulur? Bu və digər suallara cavab tapmaq üçün, İbrahim Mehdiyevin özüylə də əlaqə saxlamağa çalışdıq. Lakin bu cəhdimiz baş tutmadı… Ümid edirik ki, sahibkarları incidən məmurlar ən qısa zamanda öz cəzalarını alacaqlar.

Murad İbrahimli

Legion.az

Mövzu ilə bağlı linklər:

http://qafqaznews.az/2016/05/yasamal-rih-goz-yaslarina-inanmir/

http://qafqaznews.az/2016/06/yasamalin-icra-bascisi-dyp-d-n-guclu-cixdi/
http://qafqaznews.az/2016/02/sahibkar-xanim-prezident-muraci-t-etdi-bu-isin-arxasinda-ibrahim-mehdiyev-durur/

http://qafqaznews.az/2016/04/sahibkar-qadin-ona-yon-l-n-ittihamlari-t-kzib-edir/
http://qafqaznews.az/2016/04/x-tai-rih-d-h-r-k-s-ist-diyini-edir-foto-video/
http://qafqaznews.az/2016/04/x-tai-rih-in-bas-memari-moyka-qalmaqalina-qurban-verildi/
http://qafqaznews.az/2016/03/x-tai-rih-qanunu-pozdugunu-etiraf-edir/
http://qafqaznews.az/2016/02/x-tai-rayon-r-hb-rliyi-cinay-t-m-suliyy-tin-c-lb-olunmalidir/
http://qafqaznews.az/2016/02/yasamalin-icra-bascisi-ibrahim-mehdiyev-basqa-rayonlarda-obyekt-sokdurur-qalmaqal-video-fotolar/http://qafqaznews.az/2016/03/sahibkar-xanim-yasamal-rih-bascisini-ittiham-edir-foto-video/
http://qafqaznews.az/2016/02/sahibkar-xanim-prezident-muraci-t-etdi-bu-isin-arxasinda-ibrahim-mehdiyev-durur/
http://qafqaznews.az/2016/02/sahibkar-xanim-olk-nin-birinci-xanimi-mehriban-liyevaya-muraci-t-etdi/
http://qafqaznews.az/2016/03/x-tai-rih-in-m-muru-yalan-deyir/
http://qafqaznews.az/2016/05/x-tai-rih-bascisinin-muavini-hansi-pullarla-villa-tikdirib/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR