İcraiyyə Komitəsi “8 komanda, 4 dövrə” dedi, amma…

affa_bina_0001Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib

Qafqaznews.az apasport.az-a istinadən bildirir ki, AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovun da qatıldığı iclasda İK üzvlərindən Mahir Məmmədovla Vaqif Sadıqov iştirak etməyiblər.

Toplantının əsas müzakirə mövzusu Topaz Premyer Liqasının 2016/2017 mövsümündə neçə komandanın iştirak edəcəyi ilə bağlı olub. 8 komanda – “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt”ın lisenziya şərtlərinə cavab verdiyini bildirən İK üzvləri iştirakçıların sayının hələ tam dəqiqləşmədiyini qeyd ediblər.

İK baş katibliyə tapşırıb ki, əlavə işlər görülsün. AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, FİFA bunu monitorinqə götürüb, hamı lisenziya şərtlərinə əməl etməlidir.

Əgər 8 komandadan başqa heç bir kluba lisenziya verilməsə, Topaz Premyer Liqasının növbəti mövsümü 4 dövrəli sistem üzrə keçiriləcək.

İK iyunun 13-də yenidən bir araya gələrək, bu məsələyə təkrar baxacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR