İki illik fasilədən sonra Dnestryanı münaqişənin həlli üzrə rəsmi danışıqlar keçiriləcək

99757e0ced3e67a97e7560ccd34c5650İki illik fasilədən sonra Moldova ərazisindəki Dnestryanı münaqişənin həlli ilə bağlı 5+2 formatında rəsmi danışıqlar keçiriləcək.

APA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, 2-3 iyun tarixlərində Berlində keçiriləcək danışıqlarda Moldovanın, tanınmamış Dnestryanı ərazinin, Rusiyanın, Ukraynanın, ABŞ-ın, ATƏT-in və Avropa İttifaqının nümayəndələri iştirak edəcək. Danışıqlara Almaniyanın ATƏT-dəki sədrliyinin Dnestryanı münaqişənin həlli ilə bağlı xüsusi nümayəndəsi Cord Meier-Klodt  sədrlik edəcək.

Xatırladaq ki, Dnestryanı münaqişənin həlli ilə bağlı sonuncu görüş 2014-cü ilin iyununda keçirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR