İngilis səfir Azərbaycan türkcəsində danışdı – VİDEO

1464766610_1“Azərbaycanda Birləşmiş Krallığı təmsil etmək mənim üçün şərəfdir”

AzVision.az-ın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Karol Krofts videomüraciətində deyib. O, iki ölkə arasındakı münasibətlərin 25 ili əhatə etdiyini xatırladıb:

“Bu müddətdə bir çox nailiyyət əldə etmişik. Bizi bağlayan əlaqələrimiz möhkəmdir və inkişaf edir. Mən davamlı inkişaf və qarşılıqlı faydalı münasibətlərin olmasına önəm verirəm. Məndən əvvəlki səfirlərin uğurlarına söykənərək Azərbaycan xalqı ilə birlikdə hər iki ölkə üçün çiçəklənən, stabil və təhlükəsiz gələcək yolunda işləməyimizi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, o müraciəti Azərbaycan dilində edib.

Bu, Britaniyanın Azərbaycandakı yeni səfiri Dr Karol Kroftsun ilk müraciətidir. Səfir Krofts Azərbaycan dilini öyrənmək üçün mart ayında ölkəmizə gələrək beş həftə Gəncə və beş həftə Bakıda olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR