“İp keçib boğazına, çıxara bilməyib” – Uşaq ölümdən son anda xilas edildi – VİDEO – FOTO

s1Uşaq yellənçəkdə yellənərkən ölümdən döndü.

“Elə-belə oynayarkən keçib boğazına”.

Siyəzən rayonunun Yenikənd kəndində yaşayan 12 yaşlı Balakişiyev Əliheydər Vüqar oğlu yelləncəkdə yellənərkən boğazına ip dolanıb.Xoşbəxtlikdən valideynlər hadisədən tez xəbər tutublar.Azyaşlı dərhal tez xəbər tutan ailəsi onu Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

Xəsarət alan Əliheydərin bibisi Xalidə Ağayeva hadisənin anidən baş verdiyini bildirib: “Uşaq oynayırmış. İp asılıb göydən. Elə-belə oynayarkən keçib boğazına. Çıxarda bilməyib. Bu zaman qardaşı görüb. Gedib anasını çağırıb. Anası gələnədək, bıçağı gətirənədək gec olub. Qonşular özlətini tez çatdıraraq götürüblər. Həmin vaxt halsız vəziyyətdə olub”.Hadisədən olduqca pis olan Əliyedər Babayevin bibisi azyaşlı uşaqların valideylərinə tövsiyyə verib: “Uşaqlarınızı qoruyun. İndiki uşaqlar dəcəldir”.

Hazırda xəsarət alan azyaşlı reanimasiyadadır. Əliheydər Balakişiyevin vəziyyətini ağırdır. Bu səbəbdən Səhiyyə Nazirliyinə məlumat verilib. (Region TV)

s2 s3 s4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR