İŞİD silahlıları Misir piramidalarını partlatmaqla təhdid edib – VİDEO

скачанные файлы“İslam Dövləti” (İŞİD) qruplaşmasının silahlıları Misir piramidalarını partlatmaqla təhdid edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşma tərəfindən yayılan videorolikdə deyilir.

Həmin videorolikdə memarlıq abidəsini məhv edəcəklərinə söz verən yaraqlılar əks olunub. İraqın Nimrud şəhərində Nabu məbədinin dağıdılması təhlükəsindən sonra həmin binanın partladılması kadrları nümayiş olunur. Sonda Misir piramidalarının və Sfinksin şəkli göstərilir. Qara geyimli yaraqlı bildirir ki, “kafirlər” tərəfindən tikilən qədim abidələrin dağıdılması İŞİD-in borcudur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR