İstanbuldakı partlayışı “Kürdüstan qırğıları” törədib

146188_res_01İyunun 7-də İstanbulun Veznecilər məhəlləsində törədilən terror aktını törədən təşkilat məlum olub.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, partlayışa görə məsuliyyəti PKK terror təşkilatının şəhər qolu olan TAK (“Kürdüstan azadlıq qırğıları”) üzərinə götürüb. Terror qrupu bu barədə özünün internet səhifəsində açıqlama yayıb.

Qeyd edək ki, Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib.

Hadisə nəticəsində 11 nəfər – 6 polis əməkdaşı, 5 mülki şəxs ölüb, 36 nəfər yaralanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR