İstirahət mərkəzində dəhşət — timsah iki yaşlı uşağı ovladı-VİDEO

17361852Florida polisi Disney istirahət mərkəzi yaxınlığında alliqator tərəfindən suya çəkilmiş iki yaşlı uşağı axtarır.

XəzərXəbər xəbər verir ki, hadisə Orlandoda Disney istirahət mərkəzindəki Seven Seas gölü yaxınlığında olub.

Onun atası suya daxil olaraq oğlunu alliqatordan xilas etməyə çalışıb, lakin buna nail ola bilməyib. Uşağın axtarışı ilə 50 polis və təbiəti mühafizə ekspertləri məşğul olublar.

Hadisə baş verərəkən Nebraska ştatından olan ailə gölün sahili yaxınlığında istirahət edirmiş.

Floridada 1948-ci ildən bəri 22 nəfər alliqatorların qurbanı olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR