İtaliyada, Roma tarixində ilk dəfə qadın mer seçildi

img2116169Hakim Demokrat partiyası ağır zərbə aldı

Bazar günü İtaliyada bələdiyyə seçkilərinin ikinci turu seçilib.
Musavat.com-un xarici KİV-lərə əsasən verdiyi məlumata əsasən seçkinin nəticələri hakim Demokrat partiyası üçün məğlubiyyət sayıla bilər.
Belə ki, baş nazir Matteo Renzinin rəhbərlik etdiyi Demokrat partiyası demək olar ki, bütün iri şəhərləri müxalifətə uduzub.
Seçkilərin ən maraqlı nəticəsi paytaxt Romada və Turində  qeydə alınıb.
Belə ki, Roma tarixində şəhər merliyi uğrunda mübarizədə qadın namizəd qalib gəlib.
Bu müxalifətdəki “5 ulduz” hərəkatının nümayəndəsi 37 yaşlı Virciniya Raccidir.
Virciniya Racci böyük bir üstünlüklə (64 %) Roma bələdiyyəsinin rəhbəri vəzifəsinə seçilib.
Vircinia Racci
Onun rəqibi Dmokrat partiyasından namizəd Roberto Caketti 34 faiz səs toplaya bilib.
“5 ulduz” Demokrat partiyasını daha bir iri şəhərdə məğlubiyyətə uğrada bilib. Özü də yenə qadın namizədlə.
Belə ki, Turində hərəkatın 31 yaşlı qadın nümayəndəsi, iş qadını Kyara Appendino demokrat rəqibi Pyero Fassinonu üstələyib.
Neapolda müstəqil namizəd, keçmiş müstəntiq Luici de Macistris qalib gəlib.
Milanda isə bu saata qədər  qalib hələ qəti müəyyən olunmayıb.
Demokrat partiyası iri şəhərlədən yalnız Bolonyada öz mövqeyini qoruyub saxlamaqla təsəlli tapa bilib. Demokratların namizədi Vircinio Merola, ən yaxın rəqibi, “Şimal liqası”ndan Luçio Borqondzonini 10 faiz qabaqlayır.
musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR