Jirinovski: Gələcəkdə Türkiyə Rusiyaya Ermənistandan daha yaxın olacaq

2O bildirib ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq.

“Gələcəkdə Türkiyə Rusiyaya Belarus, Ermənistan və Qırğızıstandan daha yaxın olacaq”.

Qafqaznews.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. O bildirib ki, perspektivdə Türkiyə NATO-dan çıxacaq və Şanxay Əməkdaşlıq Təşkilatı və Gömrük İttifaqının üzvü olacaq: “Rusiyaya Türkiyə ilə münasibətlər çox sərfəli olduğu kimi, Türkiyəyə də Rusiya ilə münasibətlər sərfəlidir”.

V.Jirinovskinin fikrincə, Rusiya-Türkiyə münasibətlərini tam həcmdə bərpa etmək vacibdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR