“Kəpəz”in Avropa Liqasındakı rəqibi Bakıya 19 futbolçu ilə gəlib – VİDEO

182330d2-870a-4bcd-be5b-39debaaf39b2_292Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Kəpəz”lə qarşılaşacaq Moldovanın “Daçiya” klubu Bakıya gəlib. “Report”un məlumatına görə, Kişinyov – İstanbul – Bakı reysi ilə hərəkət edən təyyarə ötən gün Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Baş məşqçi Oleq Bejenar Bakıya 19 futbolçu gətirib:

Qapıçılar: 16. Dorian Raylyan, 12. Dmitri Çelyadnik

Müdafiəçilər: 6. Məcit Nəziri, 27. Vasili Jardan, 5. Vyaçeslav Posmak, 4. Simeon Bulqaru, 24. Abdul-Qafar Mamah, 2. Andrey Slinkin

Yarımmüdafiəçilər: 17. Yevgeni Koçuk, 15. Sapol Mani, 19. Maksim Qavrilenko, 7. Rinar Valeyev, 10. Aleksandr Bejan, 20. Maksim Kajokaru, 18. Yaser Tsurkanu

Hücumçular: 28. Maksim Feşuk, 9. İqor Buqayev, 11. Denis Kojanov, 25. Andrey Buqnyak

Komanda üzvləri “Modern” otelində yerləşiblər. Bu gün “Daçiya” saat 20:00-a Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da məşqə çıxacaq. Oyun sabah saat 20:00-da başlanacaq. Cavab görüşü isə iyulun 7-də Moldovadakı Speya şəhər stadionunda olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR