KİV: Hillari Klinton prezidenti döyüb

145727_res_01“The Daily Mail” qəzeti yazır ki, Hillari Klinton birinci ledi olarkən, onun mühafizəsində olmuş məxfi agent birinci ailənin sirlərini faş edən kitab yazıb.

Kitabda deyilir ki, “vulkan” temperamentinə malik xanım Klinton ara-sıra ərinə qarşı zorakılıq nümayiş etdirirmiş və o, guya 1995-ci ildə baş vermiş növbəti dava-dalaşdan birində prezident Bill Klintonun gözünü qaraldıbmış.

Özünün “Xarakter böhranı” (“Crisis of Character”) kitabında Ağ Evin keçmiş agenti Qeri Börnün yazdığna görə, vəziyyət elə şəkil alıbmış ki, hətta Məxfi Xidmət prezidenti öz xanımından qorumaq məsələsini müzakirə etməli olubmuş.

 

Allergiya

Kitabın “New York Post” qəzetində dərc olunmuş hissələrindən birində deyilir ki, Ağ Evin işçilərindən Nensi Hörnrayx prezidentin gözünün qaralması səbəbi barədə soruşanda Bill Klinton qəhvəyə allergiyalı olduğunu söyləyibmiş.

“The Daily Mail” yazır ki, bu kitabın indi dərc olunması prezidentliyə namizədlik kampaniyasına görə Klinton üçün o qədər də arzuolunan deyildi, çünki o kitabda ipə-sapa yatmayan, zaman-zaman nəzarətini itirən və zorakı olan bir şəxs kimi təsvir edilir.

Börn öz kitabında elə açıqca yazır ki, xanım Klinton bu xasiyyətlə dövlətə rəhbərlik etmək üçün münasib şəxs sayıla bilməz.

Məqalədə deyilir ki, kitab hazırda “Amazon”un siyahısında 1-ci yeri tutur.

“The Daily Mail” yazır ki, Hillari Klintonun seçki düşərgəsi bu kitabda yazırlanları yalan və uydurma adlandırıb.

Kampaniyanın rəhbəri Nik Merril deyib ki, bu cəfəng kitabı kitab mağazasının “Fantaziya” bölümündə rəfə qoymaq lazımdır.

 

Nikson və Mahatma Qandi

Buna baxmayaraq, xanım Klintonun əri ilə emosional mübahislələri barədə başqa kitablar da mövcuddur.

“The New York Times” qəzetinin keçmiş müxbiri Ed Klaynın yazdığı kitab “Xoşagəlməz” (“Unlikeable”) adlanır.

Ər-arvad Klintonlar arasında tez-tez baş verən “dava-qırğından” özünün “Birinci Ailənin Təfərrüatları” haqqında kitabında “Washington Post” qəzetinin keçmiş müxbiri Ronald Kessler də yazıb.

Kesslerin kitabında da qeyd olunur ki, xanım Klinton xüsusi xidmət agentləri ilə münasibətlərində xeyli kobud imiş.

Buna rəğmən, keçmiş agentlər Bill və Hillari Klintonun qızı Çelsinin xəfiyyələrlə son dərəcə hörmətlə davrandığını danışırlar.

Kessler yazırdı ki, Bill və Çelsidən fərqli olaraq, Ağ Evin təhlükəsizlik agentləri Hillarini heç xoşlamırdılar.

Ağ Ev agentləri deyirdilər ki, birinci ledidən fərqli olaraq, prezident Bill Klinton özünü hamı ilə çox alicənab aparırdı.

Ağ Evin təhülkəsizlik zabitləri bunu da deyirdilər ki, Hillari Klintonun ağzı söyüşlüdür.

Kessler yazır: “Hillariyə baxanda Nikson Mahatma Qandi kimi görünə bilərdi”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR