Klublarımızın Avroliqadakı rəqibləri bəlli oldu

36858Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Qol.Az-ın  məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 96 komandanın rəqibləri müəyyənləşib.
Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “Qəbələ”, “Neftçi”  və “Kəpəz”in də rəqibləri bəlli olub.
“Neftçi” Maltanın “Baltsan” klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab qarşılaşması ilə Maltada keçiriləcək.
“Qəbələ” Gürcüstanın “Samtredia” klubuna, “Kəpəz” isə Moldovanın “Daçiya” klubuna rəqib olub. “Neftçi” kimi “Qəbələ” və “Kəpəz” də ilk görüşünü evdə keçirəcək. Lakin böyük ehtimalla UEFA klublarımızdan birinin və ya ikisinin oyunlarının yerini dəyişəcək.
Artıq klublarımızın II təsnifat mərhələsindəki rəqibləri də müəyyənləşib.
Qeyd edək ki, ilk oyunlar iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.
Klublarımızın Avropa Liqasında I və II təsnifat mərhələlərindəki rəqibləri:
“Neftçi” (Azərbaycan) / “Baltsan” (Malta) cütünün qalibi – “Şkendiya” (Makedoniya) / “Krakoviya” (Polşa) cütünün qalibi
“Aktobe” (Qazaxıstan) / MTK (Macarıstan) cütünün qalibi – “Qəbələ” (Azərbaycan) / “Samtredia” (Gürcüstan) cütünün qalibi
“Admira” (Avstriya) / “Spartak” M (Slovakiya) cütünün qalibi -“Kəpəz” (Azərbaycan) / “Daçiya” (Moldova) cütünün qalibi

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR