Kondisioner pultunu bütün dünyada gəzdirdilər

img2099108Türkiyənin Muğla şəhərindəki məktəbin şagirdləri maraqlı bir təcrübə keçiriblər
Kondisioner pultu tez-tez itdiyi üçün hirslənən müəllimləri ilə zarafat etmək istəyən şagirdlər o pultu bütün dünya üzrə gəzdiriblər. Üstəlik, dünya turundan çəkdikləri fotoları da İnstaqram vasitəsilə paylaşıblar.
Məlum olub ki, müəllimləri axtaranda heç vaxt tapa bilmədiyi kondisioner pultunu sinifdən bayıra çıxarmamaqla bağlı göstəriş verib. Şagirdlər də “kondisioner pultu” adı altında İnstaqramda səhifə yaradıblar və hər dəfə xaricə gedən bir tanışlarına həmin pultu veriblər. “Səyyah pult”un fotolarını isə elə həmin hesabdan paylaşıblar.
Kondisioner pultunun bu günə qədər Braziliya, ABŞ, İspaniya və Dubay kimi ölkələrdən fotoları paylaşılıb.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR