Kreditini ödəmədiyi üçün həbs olundu – VİDEO

kredit_02541Şəkidə kreditini ödəmədiyinə görə bir nəfər həbs edilib.

Rayonun Qoxmuq kənd sakini Şəlalə Abdurrəhimova iddia edir ki, onun qardaşı işləyir və götürdüyü krediti ödəyir. Lakin son vaxtlar ödəməni gecikdirdiyinə görə polis tərəfindən saxlanılıb.

“Xəzər Xəbər”in araşdırmasından sonra məlum olub ki, 38 yaşlı Böyük Dəhnə kənd sakini Zahir Səmədovun hazırda  rayonda bir banka  3717,45 ABŞ dolları borcu var. Krediti ümumiyyətlə ödəmədiyinə görə həmin bank məhkəmyə müraciət edib.

Şəki şəhər icra şöbəsindən dəfələrlə müraciət edilməsinə baxmayaraq Zahir Səmədov məhkəmə qərarını icra etməiyib.

Zahir Səmədov 24 may 2016 cı il tarixli bildirişə məhəl qoymadığı, borcunun heç bir hissəsini ödəmədiyi üçün Şəki rayon Məhkəməsinin qərarına əsasən 10 günlük həbs edilib.

Rayon polis şöbəsinin rəis müavini Vüqar Xəlilov bildirir ki, belə hallarda məhkəmə qərarını icra etmədiyi üçün yalnız məhkəmənin çıxardıgı qərar ilə polis şöbəsində saxlanma ola bilər. Problemli kreditə görə polis heç kimi saxlamır.

Qafqaznews.az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR